...

"FINCA Azerbaijan" əmək yarmarkasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 17:18 (UTC +04:00)
Tələbə və məzunlara maliyyə və kredit sahəsində inkişaf və təcrübə qazanmaq şəraiti yaradan "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qafqaz Universitetində təşkil edilmiş əmək yarmarkasında iştirak edib.
"FINCA Azerbaijan" əmək yarmarkasında iştirak edib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Tələbə və məzunlara maliyyə və kredit sahəsində inkişaf və təcrübə qazanmaq şəraiti yaradan "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qafqaz Universitetində təşkil edilmiş əmək yarmarkasında iştirak edib.

Təşkilatdan cümə günü Trend-ə verilən məlumata görə, Gənc Kredit İşçilərinin İnkişafı Proqramı çərçivəsində gənc kredit işçisi və digər vəzifələr üzrə 50 nəfərdən artıq tələbə və məzunlardan iş üçün ərizə formaları qəbul olunub.

2011-ci ilin əvvəlindən Gənc Kredit İşçisi Proqramında Azərbaycanın müxtəlif bölgələrində yaşayan 225 nəfər gənc iştirak edib, onlardan 128 nəfər "FINCA Azerbaijan"ın ölkə üzrə 29 filialında kredit işçisi vəzifəsinə işə qəbul edilib, 53 nəfər isə təcrübə proqramını davam etdirir.

Qeyd edək ki, "FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikromaliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 36 subfilialı vasitəsilə 125 min nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti