...

Azərbaycanda bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsi üçün məsləhətçi cəlb edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2012 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi üçün məsləhətçi xidmətlərinin satın alınması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü komitənin rəsmi mətbuatda dərc etdiyi məlumatda deyilir.

Tenderin şərtlərinə görə, məsləhətçi özəlləşdirməyə hazırlıqla bağlı təklifini Azərbaycanda Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı əsasında təqdim etməlidir.

Tenderdə həm yerli, həm də xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

Tender təklifləri komitəyə 7 avqust, saat 17:30-dək təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti