...

İsmət Abasov: Meyvə-tərəvəzin qiyməti növbəti yay aylarında daha da aşağı düşəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2012 17:06 (UTC +04:00)
Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir. Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyətlərinin təşkil etdiyi yarmarkalar sabah da davam edəcək.
İsmət Abasov: Meyvə-tərəvəzin qiyməti növbəti yay aylarında daha da aşağı düşəcək (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir. Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyətlərinin təşkil etdiyi yarmarkalar sabah da davam edəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün kənd təsərrüfatı naziri İsmət Abasov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev rayonun Şərifzadə küçəsində təşkil olunan yarmarkanın fəaliyyəti ilə tanış olublar.

Nazir fermerlərlə söhbət əsnasında bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü bolluq və əmin-amanlıq məhz Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Yarmarkada qiymətlər bazar qiymətləri ilə müqayisədə 25-30 faiz aşağıdır. Rəyi soruşulan istehsalçı və istehlakçılar dövlət nümayəndələri ilə söhbətlərdə qiymətlərdən razılıq ediblər. Satıcılar bunu həm bu il meyvə-tərəvəzin bolluğu, həm də yaradılan şəraitlə izah ediblər. Abasov qeyd edib ki, ümumiyyətlə, bu il Azərbaycanda meyvə-tərəvəzin qiyməti ötən ilə nisbətən xeyli aşağıdır. Onun sözlərinə görə, qarşıdakı yay aylarında qiymətlərin daha da aşağı düşəcəyi gözlənilir.

Nazir piştaxta üzərindəki məhsulların keyfiyyətinə və dadına baxaraq fermerlərin istehsal etdikləri məhsulların çox çeşidli olduğunu qeyd edib. Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətlərinin bazarda əhaliyə göstərdikləri xidmətlə də maraqlanan nazirə məlumat verilib ki, yarmarkada bütün xidmət növləri yüksək səviyyədə qurulub və bütün lazımi tədbirlər görülüb. Abasov nazirliyin müvafiq qurumlarının əməkdaşlarına öz tapşırıq və tövsiyələrini verib.

Nazir qeyd edib ki, ümumilikdə, indiyədək keçirilən 628-dən artıq kənd təsərrüfatı yarmarkalarında 134 min tondan çox kənd təsərrüfatı məhsulları satılıb və yarmarkaların keçirilməsi bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti