...

Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş beynəlxalq futbol turnirinə start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2012 20:14 (UTC +04:00)
Bakıda bazar ertəsi Azərbaycan Beynəlxalq Bankının (ABB) yaradılmasının 20 illiyinə həsr olunmuş yeniyetmələr arasında I beynəlxalq futbol turnirinə start verilib.
Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş beynəlxalq futbol turnirinə start verilib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bakıda bazar ertəsi Azərbaycan Beynəlxalq Bankının (ABB) yaradılmasının 20 illiyinə həsr olunmuş yeniyetmələr arasında I beynəlxalq futbol turnirinə start verilib.

Trend-in məlumatına görə, turnirin açılış mərasimində çıxış edən bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib ki, bankın 20 illik yubileyi münasibətilə bir neçə tədbir keçirilir.

"Bu tədbirlərdən biri də yeniyetmələr arasında beynəlxalq futbol turniridir. Turnir AFFA və Bakı Futbol Federasiyasının təşkilati və texniki dəstəyi, "İnter" PFK-nın təşkilati dəstəyi və ABB-nin sponsorluğu ilə keçirilir. Bu il turnir məhdud sayda klubların iştirakı ilə keçirilsə də, bir çox klublar tərəfindən böyük maraq göstərildiyi nəzərə alınaraq, yarışmanı ənənəvi olaraq hər il keçirmək və orada iştirak edən klubların sayını artırmaq qərara alınıb", - o deyib.

Hacıyev qeyd edib ki, turnirdə Azərbaycan da daxil olmaqla, dünyanın 8 ölkəsindən peşəkar futbol klublarının uşaq komandaları (13-14 yaş) iştirak edəcək. Azərbaycanı "İnter" klubunun uşaq komandasının təmsil edəcəyi turnirə, həmçinin "Rubin" (Rusiya), "Karpatı" (Ukrayna), "Kotkas" (Estoniya), "Samsunspor" (Turkiyə), "Dinamo" Tbilisi (Gürcüstan), "Slaviya" (Bolqarıstan) və "Brommapojkarna" (İsveç) klubları qatılacaq.

Oyunlar aşağıdakı qrafik üzrə keçiriləcək:

A Qrupu
I tur, 25 iyun
10:00 - Slaviya - Karpatı
11:00 - Dinamo - Samsunspor

II tur, 26 iyun
18:30 - Slaviya - Dinamo
19:30 - Karpatı - Samsunspor

III tur, 27 iyun
10:00 - Dinamo - Karpatı
11:00 - Samsunspor - Slaviya

B Qrupu
I tur, 25 iyun
18:45 - Brommapojkarna - İnter
19:45 - Rubin - Kotkas

II tur, 26 iyun
10:00 - Rubin - Brommapojkarna
11:00 - Kotkas - İnter

III tur, 27 iyun
18:30 - İnter - Rubin
19:30 - Kotkas - Brommapojkarna

29 iyun
10:00 - 7-8-ci yer uğrunda oyun
11:00 - 5-6-cı yer uğrunda oyun

18:30 - yarımfinal

30 iyun
10:00 - 3-4-cü yer uğrunda oyun
11:00 - Final

Xəbər lenti

Xəbər lenti