...

Yeni nəsil Honda CR-V təqdim olundu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2012 10:30 (UTC +04:00)
Əfsanəvi Honda CR-V avtomobilinin yeni nəsli artıq Azərbaycanda satışdadır.
Yeni nəsil Honda CR-V təqdim olundu (FOTO)

Əfsanəvi Honda CR-V avtomobilinin yeni nəsli artıq Azərbaycanda satışdadır. 1995-ci ildən istehsal edilən Honda CR-V modelinə indiyə qədər 160 ölkədə 3.5 milyon insan özünü və ailəsini etibar edib. Yapon mühəndisliyinin növbəti uğuru yeni Honda CR-V 2012 bu etibarı bir daha doğrultmaq fikrindədir.

Avtomobil 2 komplektasiyada təklif olunur: Honda CR-V və Honda CR-V Leather (dəri oturacaqlarla). Yeni Honda CR-V bir sıra cəhətləri ilə sələfindən fərqlənir. O, daha güclü (+20 a/g) 2.4 litrlik VTEC mühərriki ilə təchiz olunub. 4x4 sistemi isə idarəetməni asanlaşdırır. Avtomobilin eni və təkər bazası eyni qalsa da, salonun uzunluğu 225 mm artıb. Beləliklə, sərnişinlər arxa oturacaqda özlərini daha rahat hiss edə biləcəklər. Sürücünün oturacağı isə kənarlardan daha kip sıxsa da, oturacağın bel hissəsi genişlənib.

Honda CR-V 2012 həm də qənaətcildir. Yeni ECON düyməsi avtomatik olaraq, real yanacağa qənaət etmək məqsədi ilə avtomobilin yanacaq sərfiyyatını artıran kondisioner kimi sistemləri tənzimləyir.

Honda CR-V təhlükəsizliyi təmin edən ABS, əyləc gücləndirisi, təhlükəsizlik yastıqları, həmçinin avtomobillə arxadan toqquşma zamanı zədə riskini azaldan xüsusi anatomik oturacaqla təchiz edilib. Eyni zamanda yeni arxa görüntü kamerası əvvəlkindən daha rahat və təhlükəsiz park etməyə imkan verir.

Əyləncə və rahatlıq üçün avtomobil HFT Bluetooth və USB çıxışla təmin olunub.

Daha ətraflı www.honda.az saytında

Xəbər lenti

Xəbər lenti