...

Azərbaycanın ilk taksit edə bilən kartı – “Extra Card”-ın təntənəli təqdimat mərasimi keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 16:04 (UTC +04:00)

ASB Bank böyük ajotaja səbəb olan Azərbaycanın ilk taksit edə bilən kartı - "Extra Card"-ın mağaza sahibləri üçün təqdimatını keçirdi.

200-ə yaxın xidmət və ticarət obyekti sahibinin iştirak etdiyi təqdimatda "Extra Card"-ın unikal xüsusiyyətləri, ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına verəcəyi töhfələr sadalandı. Habelə yeni sistemlə əlaqədar mağaza sahiblərinə taksit ve bonus sistemi haqqında geniş məlumat də verildi.

Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı, Vergilər Nazirliyi, MilliKart prosessinq mərkəzi, Mastercard, Cardtek Grup Şirkətlərindən Smartsoft və YAZ Bilgi Sistemləri şirkətinin səlahiyyətli şəxsləri "Extra Card" haqqında öz dəyərli fikirlərini bölüşdülər.

Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.

Extra Card çeşidləri bonus xüsusiyyəti olan Extra Card Maestro, həm taksit edən həm də bonus qazandıran - Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartlarıdır.

Extra Card-ın ölkədə indiyə qədər analoqu olmayan xüsusiyyətləri:
 ilk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi;
 normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissə- hissə ödəməyə imkan verməsi;
 xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi;
 tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi;
 filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi;Həmçinin Extra Card ilə ilin 365 günü ölkə daxili və xaricində bütün bankomatlardan nağd pul almaqla yanaşı hər növ kommunal və rabitə ödənişlərini asanlıqla həyata keçirilə bilər.

Extra Card-ı əldə etmək üçün ən yaxın ASB Bank filiallarından və ya www.extracard.com veb saytından müraciət edə bilər, həmçinin şəhər telefonlarından 4934949 nömrəsinə zəng edərək məlumat ala bilərsiniz.

Xəbər lenti

Xəbər lenti