...

Azərbaycanda sənaye məhsulları üzrə istehsalçı qiymətləri indeksi 11,4 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 11:09 (UTC +04:00)
Azərbaycanda iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 11,4 faiz ucuzlaşıb.
Azərbaycanda sənaye məhsulları üzrə istehsalçı qiymətləri indeksi 11,4 faiz azalıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda iyun ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 11,4 faiz ucuzlaşıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 86,4 faiz təşkil edib, neft və təbii qaz hasilatı üzrə 13,7 faiz düşüb.

İyun ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi may ayına nisbətən 99,3 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 9 faiz, neft məhsulları üzrə 2,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,2 faiz, electron avadanlıqların istehsalı üzrə 0,2 faiz ucuzlaşıb.

Tikinti materiallarının istehsalı 4,4 faiz, computer və başqa electron avadanlıqlar üzrə 0,6 faiz, metallurgiya sənayesi və mebel istehsalı 0,5 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, eləcə də paylaşdırma və təchizat 0,4 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti