...

Bakı-Gəncə və Tehran-Bakı aviareysləri yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2012 11:55 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC tərəfindən həyata keçirilən Bakı-Gəncə aviareysi yubanır.
Bakı-Gəncə və Tehran-Bakı aviareysləri yubanır

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC tərəfindən həyata keçirilən Bakı-Gəncə aviareysi yubanır. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından xəbər verilib.

Bakı-Gəncə reysi ilə uçan J2 239 təyyarəsi paytaxtdan yerli vaxtla saat 09:55-də havaya qalxmalı idi.

Məlumata görə, habelə Tehran-Bakı marşrutu ilə uçan J2 006 aviareysi də yubanır. Təyyarə Bakıda yerli vaxtla saat 05:10-də yerə enməli idi.

Aeroportdan aviareyslərin yubanma səbəbləri dəqiqləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti