...

Azərbaycan pensiyaların maliyyələşdirilməsinə xərcləri üçdə birədək artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2012 16:06 (UTC +04:00)
Bu gün pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bunu Dövlət Sosial Müdafiə Fondunun geniş kollegiya iclasında fondun sədri Səlim Müslümov bildirib.
Azərbaycan pensiyaların maliyyələşdirilməsinə xərcləri üçdə birədək artırıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Axundov/

Bu gün pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur. Bunu Dövlət Sosial Müdafiə Fondunun geniş kollegiya iclasında fondun sədri Səlim Müslümov bildirib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DSMF-nin yaydığı məlumatda deyilir.

"Ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmış, onların da pensiyasının sığorta hissəsi yaradılıb", - Müslümov deyib.

Onun sözlərinə görə, bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin həmin pensiyaçılara şamil olunması deməkdir.

"2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Bu artım əvvəlki illərdən həyata keçirilən artımlardan fərqi olaraq böyük kontingenti əhatə edib", - Müslümov deyib.

Onun sözlərinə görə, 2012-ci ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1177,6 mln. manat vəsait yönəldilib.

"Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 mln. manat və ya 32,8 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 33,6 faiz və ya 289,5 mln. manat artaraq 1150,5 mln. manat təşkil edib. 2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1150,5 milyon manat olub. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 289,5 milyon manat yaxud 33,6 faiz çoxdur", - Müslümov bildirib.

Azərbaycanda pensiya iki - baza və sığorta hissəsindən ibarətdir. Pensiyaların baza hissəsi 85 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti