Azərbaycan, Bakı, 30 may /Trend, müxbir Ə.Həsənov/
Bu gündən etibarən Bakıda Dünya Bankının (DB) səhiyyə sistemində islahatların aparılması layihəsi üzrə missiyası işinə başlayacaq. Bu barədə bazar ertəsi Trend-ə DB-nin Bakı nümayəndəliyindən bildiriblər.
"Avqustun 1-dək davam edəcək səfər zamanı səhiyyə sistemində islahatların aparılması layihəsinin reallaşdırılmasının gedişi müzakirə olunacaq", - nümayındəlikdən deyiblər.
Bankın missiyasına layihə qrupunun rəhbəri Klaudia Roks rəhbərlik edəcək.