...

Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2012 19:46 (UTC +04:00)
Azərbaycanda 2012-ci ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,6 faiz bahalaşıb.
Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda 2012-ci ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər isə 0,5 faiz bahalaşıb.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin və sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,6 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,5 faiz artıb.

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5 faiz, körpü tikintisi üzrə qiymətlər isə 0,4 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti