Azərbaycan, Bakı, 7 avqust /Trend/
"Renault Azərbaycan" satış mərkəzində təqdim edilən "Renault Logan" modeli brendin uğurunu təmin edən ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirir: analoqu olmayan qiymət/texniki təchizat nisbəti, həcmli salon və baqaj bölümü, yüksək keyfiyyət və etibarlılıq. Renault Logan müasir xarici və daxili dizaynla, hərəkətdə yüksək idarəetmə qabiliyyəti ilə fərqlənir.
"Renault Logan" avtomobilinin baza komplektasiyasında 1,4 l benzin mühərrikli versiyasının qiyməti 11 100 AZN-dir. Avtomobili avqust ayının sonunadək cəmi 1950 AZN ilkin ödənişlə əldə etmək olar. Avtomobilə 3 il və ya 100 000 yol qətinə zəmanət verilir.
"Renault Logan" etibarlılıq və yüksək təhlükəsizlik səviyyəsini əks etdirən müasir bir sedandır. Model sələfindən "EuroNcap" kraş-testində 3 ulduz qazanan təhlükəsizlik sistemini irsən alıb. Avtomobil əyləc qüvvəsinin elektron paylaşdırıcısı (EBD) ABS Bosch 8.1 sistemi ilə təchiz olunub. Bundan başqa, panelin aşağı hissəsində zərbəni yumşaldan omba formalı dəyirmi oyuq da mövcuddur. Logan-ın bütün komplektasiyaları təhlükəsizlik yastığı ilə təmin edilib. Sərnişinin təhlükəsizlik yastığı opsion təhlükəsizlik paketinə daxildir.
Hündürlüyü ilə nizamlanan sükan kolonkası (komplektasiyadan asılı olaraq) sürücü komfortunun səviyyəsinin artırılmasına imkan yaradır. Bundan əlavə, "Logan" böyüdülmüş arxa güzgülər və tam yığılan arxa mərkəz başaltısı ilə təchiz edilib.
"Renault Logan" ölçüləri sayəsində öz seqmenti üzrə müstəsna geniş salona malikdir. Uzunluğu əvvəlki versiya ilə müqayisədə 4 sm artıq - 4288 mm, eni 1740 mm olan yeni "Logan" B seqmentindən çıxaraq C seqmentinə daxildir.
"Logan" modelinin mühərrik qamması genişlənir: sırada daha qüvvətli 1,6l (K4M) 16 klapanlı beşpilləli mexaniki və dördpilləli avtomatik ötürücü qutulu mühərrik gəlir. Mühərrik 5750 dövr/dəq. zamanı 102 at gücünə malikdir, maksimal fırlanan an 3750 dövr/dəq zamanı 145 Hm təşkil edir. Mühərrik hərəkət qüvvəsi və faydalıLIğın optimal uyğunlaşdırılmasını nümayiş etdirir. Qarışıq dövr zamanı yanacağın sərfiyyatı, müvafiq olaraq, 7,1 və 8,4 təşkil edir.