Azərbaycan, Bakı, 17 avqust / Trend, müxbir A.Axundov /
"Azərsu" ASC dövlət şirkəti (Azərbaycanın su operatoru) Asiya İnkişaf Bankının (AİB) investisiya proqramı çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sisteminin bərpası üzrə tenderin qalibini müəyyən edib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü rəsmi mətbuatda yaydığı məlumatda deyilir.
Tenderin qalibləri olan T.T.Ş. İnşaat (Azərbaycan) və Ludwig Pfeiffer Hoch-Und Tiefbau GmbH & Co.KG (Almaniya) arasında müqavilələr imzalanıb.