Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İ.Xəlilova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78548 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
6 avqust |
0,7855 |
13 avqust |
0,7855 |
7 avqust |
0,7856 |
14 avqust |
0,7855 |
8 avqust |
0,7856 |
15 avqust |
0,7855 |
9 avqust |
0,7854 |
16 avqust |
0,7855 |
10 avqust |
0,7854 |
17 avqust |
0,7854 |
Həftə ərzində orta |
0,7855 |
Həftə ərzində orta |
0,78548 |
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7848 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 13-də sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7848 səviyyəsində qalıb; avqustun 14-də 0,7848 AZN/USD məzənnə ilə $2,81 mln.; avqustun 15-18-də sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7848 səviyyəsində qalıb.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi |
|||
6 avqust |
0,7848 |
13 avqust |
0,7848 |
7 avqust |
0,7848 |
14 avqust |
0,7848 |
8 avqust |
0,7848 |
15 avqust |
0,7848 |
9 avqust |
0,7848 |
16 avqust |
0,7848 |
10 avqust |
0,7848 |
17 avqust |
0,7848 |
Həftə ərzində orta |
0,7848 |
Həftə ərzində orta |
0,7848 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.