...

Almaniya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2012 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

Reynland-Pfalts Federal Torpağı Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda Federal Torpağın Ticarət-Sənaye Palatasının rəhbəri Hareld Aukter bəyan edib.

Onun sözlərinə görgə, bu maraq Azərbaycanda müşahidə olunan yüksək iqtisadi artım tempi ilə bağlıdır. Öz növbəsində, Reynland-Pfaltsın inkişafı isə ixracdan çox asılıdır.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin biznes forumdakı nümayəndəsi Hüseyn Paşayevin dediyi kimi, yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında qarşılıqlı mal dövriyyəsi 936 milyon dollar təşkil edib. Bu dövrdə Azərbaycanın ümumi mal dövriyyəsi 19,8 milyard dollar təşkil edib ki, bunun 14,5 milyardı ixracın, 5,3 milyardı isə idxalın payına düşüb.

Paşayevin sözlərinə görə, son səkkiz il ərzində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 14,8 dəfə, kapital qoyuluşları isə 3,7 dəfə artıb. Səkkiz il ərzində ticarət dövriyyəsi yeddi dəfə, ixrac isə 10,3 dəfə artıb.

Paşayev onu da qeyd edib ki, ölkənin qeyri-neft sektoruna investisiyalar bü dövrdə 9,7 dəfə artıb.

Biznes forumda bildirilib ki, noyabrda Azərbaycanla Almaniya arasında əməkdaşlıq üzrə işçi qrupunun ikinci iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti