Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir A.Axundov/
Asiya İnkişaf Bankı (AİB) xidmətlərin alınması və Azərbaycanda öz layihələri çərçivəsində işlər üzrə seminar keçirib. Bu barədə cümə günü Trend-ə bankdan məlumat verilib.
Avqustun 27-28-də keçirilən seminarda "Azərenerji" ASC, "Azəryolservis" ASC, Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı üzrə Dövlət Komitəsi kimi yerli dövlət strukturlarının mütəxəssisləri iştirak ediblər.
Seminarda iştirak edən dövlət strukturlarının məqsədi tender prosedurları sahəsində təcrübənin artırılması olub.
Görüşdə AİB-in layihələrində satınalmaların aspektləri, təklifin qiyməti məsələsi, müqavilənin idarə edilməsi, idarə edilən işin qiymətləndirilməsi, məsləhət xidmətlərinin alınması və s. müzakirə edilib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür.