...

İlin I yarısında Bakıda 204 km uzunluğunda kanalizasiya xətti və 7 min yağış barmaqlığı təmizlənib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2012 16:59 (UTC +04:00)
Bakı şəhərinin Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar burada olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların yuyulması başa çatdırılıb.
İlin I yarısında Bakıda 204 km uzunluğunda kanalizasiya xətti və 7 min yağış barmaqlığı təmizlənib (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Bakı şəhərinin Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar burada olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların yuyulması başa çatdırılıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bundan başqa, paytaxtın digər küçə və prospektlərində də payız-qış mövsümünə hazırlıqla əlaqədar anoloji işlər həyata keçirilir. Təkcə avqust ayı ərzində yağış sularının axıdılması üçün 17 km uzunluğunda kollektor, 980 ədəd yağış barmaqlığı və 415 ədəd baxıcı quyu yuyulub təmizlənib. Bu işlər intensiv yağıntılar zamanı yaranan suların normalar axıdılmasına imkan verəcək və küçələrdə yağış sularının toplanmasının qarşısını alacaq.

Qeyd edək ki, son 6 ay ərzində Bakı şəhərində 204 km uzunluğunda kanalizasiya xətti, 58 km uzunluğunda yağış kollektoru, 11 min baxıcı quyu və 7 min yağış barmaqlığı yuyulub.

Mövsümün sonuna kimi yuyulmağa ehtiyacı olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların təmizlənib başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti