...

Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı pəncərəsinin açılışını elan etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2012 16:21 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam Bankçılığının ölkədə tətbiqi layihəsi çərçivəsində fəaliyyətə start verib.
Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı pəncərəsinin açılışını elan etdi

Azərbaycan, Bakı, 5 sentyabr /Trend

Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam Bankçılığının ölkədə tətbiqi layihəsi çərçivəsində fəaliyyətə start verib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İdarə Heyətinin qərarı ilə ABB-də İslam Bankçılığı departamenti yaradılıb. Departamenin direktoru vəzifəsinə Behnam Qurbanzadə təyin olunub. Qeyd edək ki, bundan əvvəl Qurbanzadə bankın Strateji İnkişaf və Marketinq departamentinin direktor müavini, İslam Bankçılığının tətbiqi üzrə layihənin rəhbəri vəzifələrində çalışıb.

İslam bankçılığının tətbiqi mərhələlərlə həyata keçiriləcək. Belə ki, yaxın üç ay ərzində departamentin yeni ofisə yerləşdirilməsi, işçi heyətinin tam formalaşması, maliyyələşdirmə xətlərinin və cari layihələrin departamentin idarəçiliyinə verilməsi, investisiya portfelinin formalaşması və s. kimi məsələlər həll olunacaq.

Fiziki və hüquqi şəxslərin maliyyələşdirilməsi və müştərilərə xidmətlərin göstərilməsi isə 2013-cü ilin yanvar ayından planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti