...

Bank of Baku-nun "Dostlar klubu"na 4 ay ərzində 25 minə yaxın müştəri üzv olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2012 16:34 (UTC +04:00)
"Bank of Baku"nun bu ilin may ayında təsis etdiyi "Dostlar klubu"na ötən qısa dövr ərzində qoşulanların sayı artıq 25 000-ə çatıb.
Bank of Baku-nun "Dostlar klubu"na 4 ay ərzində 25 minə yaxın müştəri üzv olub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

"Bank of Baku"nun bu ilin may ayında təsis etdiyi "Dostlar klubu"na ötən qısa dövr ərzində qoşulanların sayı artıq 25 000-ə çatıb. Daimi müştərilərə istehlak kreditləri sahəsində müxtəlif güzəşt və imtiyazları ehtiva edən "Dostlar klubu" müştərilərin böyük marağına səbəb olub. Kredit rəsmiləşdirmək üçün bankın ölkə boyunca bütün filiallarına üz tutan müştərilər "Dostlar klubu"na qoşulmaqla sərfəli şərtlərlə kredit əldə edir.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, "Dostlar klubu" üzvlərinin sayının 25 000-ə çatması ilə əlaqədar "Bank of Baku"nun sədr müavini Abbas İbrahimov bu rəqəmin kifayət qədər ruhlandırıcı bir göstərici olduğunu deyib: "Bu olduqca ciddi saydır. Təbii ki, məqsədimiz loyal müştərilərimizin hamısını "Dostlar klubu"nun kartları ilə təmin etməkdir. Klub üzvlərinə mövcud imtiyazlarla yanaşı, daha fərqli imtiyazlar da nəzərdə tutmuşuq. Yaxın zamanlarda yeni imtiyazların mahiyyətini elan edəcəyik".

Xatırladaq ki, "Bank of Baku"nun "Dostlar klubu" çərçivəsində uzunmüddətli müştərilərə müxtəlif növ imtiyazlı kartlar verilir. Bu kartlar "Bank of Baku" ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən və müsbət kredit tarixçəsinə malik müştərilərə pulsuz paylanılır.

Dövriyyəyə buraxılmış üç növ kart sayəsində müştərilər bir sıra güzəştlərə yiyələnir. Belə ki, "Bank of Baku" ilə əməkdaşlıq müddəti 12 aydan 35 aya qədər dövrü əhatə edən müsbət tarixçəli müştəriyə Gümüş, 36-59 ay arası - Qızıl, 60 aydan artıq müddətli müştəriyə isə Brilyant kart verilir. Kart sahiblərinə hər kredit ödənişindən ayrılan bonus yeni kredit zamanı komissiya haqqının ödənilməsinə sərf edilir. Beləliklə, həmin müştəri yenidən bank məhsul və xidmətlərindən yararlandıqda daha az miqdarda komissiya haqqı ödəyir. Kart sahibləri həmçinin arayışsız və sərfəli faiz dərəcələri ilə 5000 AZN-dək kredit götürmək imkanı əldə edir. Kartın sahibi habelə hər hansı təcili vəziyyət üçün 150 manat miqdarında ödədikcə yenilənən ekspress kredit xəttinə malikdir.

"Dostlar klubu" ilə daha ətraflı tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, həmçinin http://www.facebook.com/Dostlarklubu ünvanlarına baş çəkmək kifayətdir.

"Bank of Baku"dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını, "Bank of Baku"nun daimi müştəriləri "Dostlar klubu"nun hansı kartına sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə "Dost, boşluq, 6 rəqəmli müştəri kodu"nu yazıb 8145-ə SMS göndərə bilər.

Xəbər lenti

Xəbər lenti