...

Bakı Metropoliteninin köhnə stansiyalarından biri yenidən qurulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 14:24 (UTC +04:00)
Bakı Metropoliteni 2013-cü ildə üç stansiyanın - "Sahil", "Nizami" və ya "Xətai" - birində yenidənqurma işləri aparmağı planlaşdırır.
Bakı Metropoliteninin köhnə stansiyalarından biri yenidən qurulacaq

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Axundov/

Bakı Metropoliteni 2013-cü ildə üç stansiyanın - "Sahil", "Nizami" və ya "Xətai" - birində yenidənqurma işləri aparmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov bildirib.

"Biz 2013-cü ildə yenidənqurma işlərinin aparılması üçün stansiya seçirik. Bu köhnə stansiyalardan - "Sahil", "Nizami" və ya "Xətai" - biri olacaq", - Rəsulov deyib.

Onun sözlərinə görə, sentyabrın 15-dək "28 May" stansiyasının daha əvvəl yenidənqurma işləri üçün bağlanan birinci çıxışı istismara veriləcək.

"Bakı Metropoliteni yenilənmiş çıxışı planlaşdırılan tarixdə istismara verəcək. Stansiyanın bu çıxışında eskalatorların sayı 3-dən 4-dək (ikisinın eni 1 metr, ikisinin isə 80 santimetr) artırılıb", - Rəsulov vurğulayıb.

Onun sözlərinə əsasən, hazırda çıxışın xarici hissəsinin yenidən qurulması üzrə işlər aparılır.

"Bu stansiya xüsusi əhəmiyyət kəsb edir, çünki ən çox yüklənən stansiyalardan biridir. Gündə orta hesabla bu stansiyadan 60-65 min nəfər istifadə edir", - Rəsulov bildirib.

Xəbər lenti

Xəbər lenti