...

ECO-ya üzv ölkələrin özəlləşdirmə qurumları rəhbərlərinin iclası Tehranda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2012 12:58 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT - ECO) üzv ölkələrin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası oktyabrın 29-30-da Tehranda keçiriləcək.
ECO-ya üzv ölkələrin özəlləşdirmə qurumları rəhbərlərinin iclası Tehranda keçiriləcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir T.Cəfərov/

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT - ECO) üzv ölkələrin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası oktyabrın 29-30-da Tehranda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə mojnews.com xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, iclas çərçivəsində üzv ölkələrin özəl sektorun inkişafı üzrə yüksəksəviyyəli ekspertlər qrupunun görüşləri də nəzərdə tutulub.

İclasda üzv dövlətləri maraqlandıran məsələlər, o cümlədən daxili ticarət, iqtisadiyyatın liberallaşdırılması, özəlləşdirmə və s. müzakirə olunacaq.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Pakistan, Tacikistan və İrandan nümayəndələr iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti