...

Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı üçün beynəlxalq dəstək lazımdır - Dövlət Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 13:40 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsinin yeni redaksiyasını ölkə hökumətinə təqdim edib.
Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı üçün beynəlxalq dəstək lazımdır - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsinin yeni redaksiyasını ölkə hökumətinə təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK sədri Rüfət Aslanlı Azərbaycanın kapital bazarının müasirləşdirilməsi layihəsinə texniki yardım haqqında sazişin imzalanması mərasimində bildirib.

"Dövlətin prioritetlərindən biri kapital bazarının yeni səviyyəyə çatdırılmasıdır. Bu məqsədlə 2011-ci ildə Azərbaycanda 2011-2020-ci illər üçün qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramı artıq ilk nəticələrini verir", - Aslanlı deyib.

Dövlət proqramına əsasən, qabaqcıl beynəlxalq təcrübəyə cavab verən kapital bazarının tənzimlənməsi üzrə yeni qanunun bu il qəbul ediləcəyi gözlənilir. 2013-cü ildə qiymətli kağızların optimal sisteminin buraxılışı və qeydiyyatı, habelə qiymətli kağızların beynəlxalq numerasiya sisteminin (ISIN kodları) tətbiqi planlaşdırılır.

Aslanlının sözlərinə görə, belə böyük proqramın reallaşdırılması zamanı beynəlxalq dəstək və köməyin olması vacibdir. QKDK sədrinin sözlərinə görə, bu baxımdan, Azərbaycanın kapital bazarının müasirləşdirilməsi layihəsi əhəmiyyətlidir.

"Artıq layihənin icrası üzrə operator seçilib və sentyabrın son həftəsindən etibarən mövcud layihənin daha geniş reallaşdırılmasına başlayacağıq", - Aslanlı qeyd edib.

Onun sözlərinə görə, 2009-cu ildəki böhrandan sonra dünya iqtisadiyyatı müsbət artım nümayiş etdirir. Son üç il ərzində dünya əhalisinin orta illik artımı ildə 1,6 faizlik iqtisadi artımla 1 faiz təşkil edib. Bununla yanaşı, kapital bazarlarının kapitallaşması 11,3 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti