...

"Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 18:05 (UTC +04:00)
Gədəbəy rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün "Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda seminar keçirilib.
"Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Gədəbəy rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün "Gədəbəy rayonunda kurortların inkişaf perspektivləri" mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı", kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması və s. barədə iştirakçılara məlumat verilib.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portallardan istifadə qaydaları və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Seminar iştirakçıları üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması", "Marketinq" və "Menecment" mövzularında təqdimatlar da keçirilib.

Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti