...

Azərbaycanın dövlət strukturları beynəlxalq mühasibat uçotuna keçidi sürətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2012 14:13 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyi büdcə və korporativ sektorlarda hesabatlılıq layihəsi (CAPSAP) çərçivəsində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatalrın mütəxəssisləri üçün kursların keçirilməsinə başlayır.
Azərbaycanın dövlət strukturları beynəlxalq mühasibat uçotuna keçidi sürətləndirir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Maliyyə Nazirliyi büdcə və korporativ sektorlarda hesabatlılıq layihəsi (CAPSAP) çərçivəsində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatalrın mütəxəssisləri üçün kursların keçirilməsinə başlayır. Trend-in məlumatına görə, bu barədə Nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Beynəlxalq mühasibat uçotunun əsasları" və "Yeni maliyyə hesabatlarına hazırlıq" kursları Maliyyə Nazirliyi yanında Maliyyə Elmi-Təhsil Mərkəzində aparılacaq.

Sentyabrın 17-dən başlayan kurslar yerli və xarici mütəxəssislər tərəfindən aparılacaq.

Məlumatda deyilir ki, nazirlik milli mühasibat sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə tədbirləri davam etdirir.

Büdcə və korporativ sektorlarda hesabatlılıq layihəsinin (CAPSAP) ümumi dəyəri 24 milyon dollar təşkil edir. Layihə üzrə kredit sazişi 2008-ci ilin sentyabrında imzalanıb. Onun reallaşdırılması 2012-ci il dekabrın sonuna kimi davam edəcək.

Layihə DB-nin 11 milyon dollarlıq krediti, Yaponiyanın PHRD fondunun qrantı (3 milyon dollar) və SECO-nin (2 milyon dollar həcmində) qrantı, Azərbaycan hökumətini payı (8 milyon dollar) hesabına maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti