...

Türkiyənin "İş Bankası" Azərbaycanda bank alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 12:28 (UTC +04:00)
Türkiyənin "İş Bankası" Azərbaycanda bank almaq fikrindədir, çünki Azərbaycan Mərkəzi Bankı ona filial açmaq üçün icazə verməkdən imtina edib.
Türkiyənin "İş Bankası" Azərbaycanda bank alır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin "İş Bankası" Azərbaycanda bank almaq fikrindədir, çünki Azərbaycan Mərkəzi Bankı ona filial açmaq üçün icazə verməkdən imtina edib.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, hazırda "İş Bankası" Azərbaycanda üç bankla danışıqlar aparır və onlardan biri ilə razılıq əldə olunub. Tərəflər arasında bankın satınalma qiyməti haqqında danışıqlar gedir.

Bir müddət əvvəl Türkiyə bankından Trend-ə xəbər verilmişdi ki, "İş Bankası" hələ fevral ayında Azərbaycan Mərkəzi Bankına filial açmaq üçün icazə almaq xahişi ilə müraciət edib.

"İş Bankası" Türkiyədə 891, ölkənin hüdudlarından kənarda isə 11 struktur bölməyə malikdir. Onun Almaniyada törəmə bankı, Çində isə nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti