...

Azərbaycanın “Alfa Insurance” sığorta şirkəti yeni ofisə köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 12:27 (UTC +04:00)
Bu ilin 26 sentyabr tarixində "Alfa Insurance" sığorta şirkəti Bakı şəhəri, Xan Şuşinski küçəsi, 21 ünvanında (Azərbaycan Tibb Universiteti yaxınlığında) yerləşən yeni ofisə köçüb.
Azərbaycanın “Alfa Insurance” sığorta şirkəti  yeni ofisə köçüb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Bu ilin 26 sentyabr tarixində "Alfa Insurance" sığorta şirkəti Bakı şəhəri, Xan Şuşinski küçəsi, 21 ünvanında (Azərbaycan Tibb Universiteti yaxınlığında) yerləşən yeni ofisə köçüb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Sahəsi 600 kv. metrdən çox olan yeni, ikimərtəbəli ofis həm şirkətin struktur bölmələrinin optimal yerləşməsi, həm də müştərilərə rahat xidmət göstərilməsi üçün hər bir şaraitə malikdir. Müştərilərin rahatlığı üçün əlaqə telefonu və elektron ünvan dəyişməz olaraq saxlanılmışdır - (012) 440-07-07; [email protected]

"Alfa Insurance" sığorta şirkətinin Direktorlar Şurasının sədri Elşad Əliyev bu barədə məlumat verərkən bildirmişdir: "Alfa Insurance yeni inkişaf strategiyasının tətbiqi yolunda növbəti addım atmışdır və bu bizim üçün, öz müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə calışan şirkət kimi, çox vacib bir addımdır. Qarşımıza şirkətin yeni imicinin formalaşdırılması, onun bazardakı mövqelərinin gücləndirilməsi və müasir sığorta xidmətlərini tətbiqi kimi vacib vəzifələr durur . Şirkət kollektivinin bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inanırıq".

Xatırladaq ki, Elşad Əliyev "Alfa Insurance" və onun təsiscisi olan "TexnikaBank"-ın yeni inkişaf strategiyası çərçivəsində Direktorlar Şurasın sədri vəzifəsinə bu ilin 7 sentyabr tarixində təyin edilmişdir.

1997-ci ildə təsis edilən və Azərbaycan sığorta bazarının ilk şığorta şirkətlərindən biri olan "Alfa Insurance" "TexnikaBank"ın törəmə şirkətidir.

Xəbər lenti

Xəbər lenti