...

Yevlaxda sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2012 16:40 (UTC +04:00)
Yevlax rayonunun Səmadabad kəndində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Yevlax rayon İcra Hakimiyyətinin dəstəyi ilə cümə axşamı sahibkarlar üçün "Ekoloji təmiz kənd təsərrüfatı", "Aqrar iqtisadiyyat" və "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzularında treninqlər keçirilib.
Yevlaxda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Yevlax rayonunun Səmadabad kəndində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Yevlax rayon İcra Hakimiyyətinin dəstəyi ilə cümə axşamı sahibkarlar üçün "Ekoloji təmiz kənd təsərrüfatı", "Aqrar iqtisadiyyat" və "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin, Yevlax Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də Yevlax rayonunun Səmadabad kəndində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Treninqlərdə "Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları" mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları, aqrar bölmədə təsərrüfatçılığın yeni formaları, kənd təsərrüfatı xammalının tədarükü və saxlanılması, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması, taxılçılığın inkişaf istiqamətləri və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə həmçinin, sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda təqdimat keçirilib.

Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portallardan istifadə qaydaları və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti