...

Azərbaycan Avropa və Asiya arasında vacib tranzit məntəqəsi ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 14:24 (UTC +04:00)
Azərbaycan Avropa və Asiya arasında daha vacib tranzit məntəqəsi ola bilər. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerika Ticarət Palatasının tədbirində deyib.
Azərbaycan Avropa və Asiya arasında vacib tranzit məntəqəsi ola bilər

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbirlər A.Bədəlova, E.Tariverdiyeva/

Azərbaycan Avropa və Asiya arasında daha vacib tranzit məntəqəsi ola bilər. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerika Ticarət Palatasının tədbirində deyib.

O, çıxışında son illər Azərbaycan iqtisadiyyatının xeyli artdığını qeyd edib, həmçinin ölkəyə enerji sektorundan başqa, iqtisadiyyatın şaxələndirilməsi məsələsində yardım göstərməkdə maraqlı olduğunu bildirib.

Morninqstarın sözlərinə görə, iqtisadi göstəricilər Azərbaycanın xeyli inkişaf etdiyini təsdiqləyir, lakin ABŞ ilə birgə həll edilməli olan məsələlər var.

O, həmçinin ABŞ-ın xeyli sayda şirkətinin Azərbaycana cəlb edilməsində maraqlı olduğunu ifadə edib.

"Mən Azərbaycanda işləyən ABŞ şirkətlərinin sayının artmasında maraqlıyam. Biz iqtisadiyyatın inkişafı üçün bu şirkətlərlə işləməyə hazırıq", - Morninqstar bildirib.

Səfirin sözlərinə görə, ABŞ İranla bağlı məsələlər üzrə Azərbaycan hakimiyyəti ilə birgə işləyir.

"Azərbaycan, həmçinin Əfqanıstanda müstəsna vacib rol oynayır. Biz Azərbaycanın NATO qoşunlarının 2014-cü ildə çıxarılmasından sonra da Əfqanıstandakı proseslərə cəlb olunmağa çalışmasını yüksək qiymətləndiririk", - diplomat qeyd edib.

Morninqstar Azərbaycan üçün ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasının vacibliyini vurğulayıb.

"Azərbaycan ÜTT-nin üzvü olmaqla, bu təşkilatın tələblərinə cavab vermək məqsədilə addımlar atmalı olacaq ki, bu da yekunda Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti