...

Bakıda infrastruktur layihələri çərçivəsində torpaqların satınalınması üzrə işçi qrupunun ilk iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 19:25 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) torpaqların satınalınması və Mərkəzi və Qərbi Asiya regionunda köçürməyə dair fəaliyyətin gücləndirilməsi üzrə AİB-in texniki dəstəyi ilə yaradılan işçi qrupunun ilk iclasını keçirib.
Bakıda infrastruktur layihələri çərçivəsində torpaqların satınalınması üzrə işçi qrupunun ilk iclası keçirilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir C.Nəsibova/

Asiya İnkişaf Bankı (AİB) torpaqların satınalınması və Mərkəzi və Qərbi Asiya regionunda köçürməyə dair fəaliyyətin gücləndirilməsi üzrə AİB-in texniki dəstəyi ilə yaradılan işçi qrupunun ilk iclasını keçirib. Trend-in məlumatına görə, bu barədə cümə günü AİB-in Bakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.

AİB-in bu ilin yanvarın 30-dan başlayan texniki dəstəyinin məqsədi infrastruktur layihələrinin reallaşdırılması çərçivəsində torpaqların satınalınması və məcburi köçürmə prosesini səmərəli etməkdir.

İşçi qrupuna 13 dövlət orqanı - Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, "Azəryolservis", "Azərenerji", "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri daxildir. Maliyyə Nazirliyi işçi qrupa başçılıq edir.

İşçi qrupu torpaq mülkiyyəti ilə bağlı fəaliyyətin təşkili üzrə öz imkanlarına baxmağa başlayıb.

"Torpaq satınalınması və köçürmə üzrə fəaliyyət infrastruktur layihələri üçün çox vacibdir", - AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.

Xəbər lenti

Xəbər lenti