...

"Bank of Baku" kiçik biznesin kreditləşməsində yenilik tətbiq edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 15:30 (UTC +04:00)
"Bank of Baku" kiçik sahibkarlıq və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər üçün "Kiçik biznesini böyüt" adlı yeni kredit proqramı elan edir.
"Bank of Baku" kiçik biznesin kreditləşməsində yenilik tətbiq edir (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

"Bank of Baku" kiçik sahibkarlıq və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər üçün "Kiçik biznesini böyüt" adlı yeni kredit proqramı elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, bundan belə, Bank of Baku-dan kredit götürən müştərilər ödəniş cədvəlini özləri tərtib etmək imkanı əldə edəcəklər. Beləliklə, biznesdə mövsümi faktorlar nəzərə alınmaqla kredit götürən şəxsin nə qədər və nə zaman ödəniş etmək niyyəti kredit rəsmilşdirilərkən nəzərə alınacaq. Kiçik sahibkarlıq və kənd təsərrüfatı sahəsində mənfəətli biznes fəaliyyəti ilə məşğul olan vətəndaşlar Bank of Baku-ya müraciət edə bilər. Biznes kreditlərinin məbləği 300-30 000 ABŞ dolları təşkil edir. Kreditin müddəti 24 aya qədərdir.

Mənfəətli kiçik sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsilə Bank of Baku-nun ölkə boyunca istənilən filialına müraciət edə bilərlər.

Kiçik biznes üçün kreditlərin şərtləri ilə yaxından tanış olmaq üçün bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsində müvafiq sual vermək olar.

Xəbər lenti

Xəbər lenti