...

"Renault Classic" internetdə səhifə açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2012 16:37 (UTC +04:00)
Oktyabrda "Renault Classic" klubunun fəaliyyətinə həsr edilmiş yeni veb-sayt -www.renaultclassic.com öz işinə başlayıb. Klassik "Renault" avtomobilləri ilə maraqlananlar üçün tam məlumatın təqdim edilməsindən savayı, yeni sayt şirkətlə "Renault" və "Alpine" həvəskarları klubları ilə əlaqələri möhkəmləndirəcək.
"Renault Classic" internetdə səhifə açıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Oktyabrda "Renault Classic" klubunun fəaliyyətinə həsr edilmiş yeni veb-sayt -www.renaultclassic.com öz işinə başlayıb. Klassik "Renault" avtomobilləri ilə maraqlananlar üçün tam məlumatın təqdim edilməsindən savayı, yeni sayt şirkətlə "Renault" və "Alpine" həvəskarları klubları ilə əlaqələri möhkəmləndirəcək.

Yeni veb-sayt "Renault Classic" klubunun dəyərli mənbəyinə çevrilərək, son xəbərləri təqdim edəcək və qarşıdakı tədbirlər haqqında təfsilatı ilə məlumat verəcək. Həmçinin, sayt klublara fəaliyyətləri, daxili xəbərlər və nəzərdə tutulan tədbirlər haqqında məlumatlarla bölüşməyə imkan verəcək.

Dünya üzrə bir neçə yüz "Renault" klubları mövcuddur. Buna görə də "Renault Classic" veb-saytının (www.renaultclassic.com) əsas məqsədi klublararası qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Yeni resurs klublara, kolleksiya toplayanlara, "Renault" və "Alpine" avtomobillərinin həvəskarlarına ünsiyyət qurmağa yardım edəcək, habelə, tək "Renault Classic" klubu deyil, həm də "Renault" və "Alpine" pərəstişkarlarına nəhəng məlumat mənbəyi təklif edəcək.

Materiallar arasında klubun iştirakını əhatə edən hadisələr təqvimi daxil olmaqla, "Renault Classic" təqdimatı və "Renault" avtomobil kolleksiyasının icmalı yer alır. Üstəlik, klublar saytda qeydiyyatdan keçə, xəbərlər, anonslar və şəkillərini yerləşdirə bilərlər.

Veb-saytın digər hissəsi sənədlərin əldə edilməsi, sertifikatlarla bağlı sorğuların yerləşdirilməsi və tədbirlərdə iştirak etmək üçün ərizələrin baxılması üçün nəzərdə tutulub.

Saytın "Facebook"da səhifəsi mövcuddur (http://www.facebook.com/renaultclassic). Bu səhifənin vasitəsilə YouTube-dakı "Renault Classic" kanalından istifadə etmək mümkündür.

Qısaca "Renault Classic" haqqında

"Renault" kolleksiyasında 740 avtomobil, tarixi sənədlər və hadisələrlə bağlı bir neçə min arxiv rəfi, 3200 oyuncaq modellər, 1900 plakat, 1:5 ölçülü 270 maket və müxtəlif əşyalar var. Bu nəhəng kolleksiyanı "Renault Classic" klubu toplayır, qoruyub saxlayır və onunla bölüşür. Klub sərgi, avtosalon, tarixi avtoyürüşlər, televiziya çəkilişləri, jurnallar üçün avtomobilləri təqdim edir. Eyni zamanda, klub klassik avtomobillərin iştirakını nəzərdə tutan tədbirlərə də dəstək verir. Onların arasında "Renault" dünya seriyası, "Le Mans Classic", "Qudvud" sürət festivalının adını çəkmək olar. 2011-ci ildə "Renault Classic" klubunun təşkil etdiyi 200 tədbir çərçivəsində 5 milyondan çox insan canlı olaraq "Renault" kolleksiyasının avtomobillərinə zövqlə tamaşa edib.

"Renault Classic" həmçinin daim əməkdaşlıq edir:

• Klublar və kolleksiya toplayanlarla: "Renault Classic" retro avtomobillərə həsr edilmiş tədbirlərdə iştirak və ya təşkil edir (məsələn, "Rétromobile" şou, "Epoqu'Auto", "Autobrocante de Lohéac" və s.), müxtəlif klub tədbirlərinə dəstək verir, xüsusi qiymətli biletlər təklif edir ("Le Mans Classic") və iştirak etdiyi tədbirləri geniş şəkildə işıqlandırır;
• "Renault" satış şəbəkəsi ilə: "Renault Classic" müxtəlif diler proqramları, yeni məhsulların buraxılışı və satış şəbəkəsinin iştirak etdiyi müxtəlif tədbirlər üçün avtomobillər ayırır;
• KİV, tarixçilər və yazıçılarla: "Renault Classic" tədqiqatçılarla müxtəlif sənəd və materiallarla bölüşür, fotosessiyalar və kino çəkilişləri üçün avtomobillər ayırır.

Bir neçə mühüm rəqəm:

• Hər il 200-dən artıq xüsusi proqram həyata keçirilir;
• Hər il müxtəlif tədbirlərdə 500-dən artıq avtomobil nümayiş olunur;
• Hər il "Renault Classic" avtomobillərini 5 000 000-dan artıq insan seyr etmək imkanı qazanır;
• Ümümilikdə 2550-dən artıq qeydə alınmış kolleksiyaçı və 305 klub mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti