...

"VTB Bank Azərbaycan" biznes kreditləri üzrə faiz dərəcələrini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 16:55 (UTC +04:00)
Orta və kiçik biznesin müştərilərini cəlb etmək, eləcə də regionda biznesin inkişafını dəstəkləmək məqsədilə "VTB Bank Azərbaycan" ASC illik faiz dərəcələrini 16-dan 12 faizədək azaldıb və kreditləşmənin müddətini beş ilədək uzadıb.
"VTB Bank Azərbaycan" biznes kreditləri üzrə faiz dərəcələrini azaldıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir C.Nəsibova/

Orta və kiçik biznesin müştərilərini cəlb etmək, eləcə də regionda biznesin inkişafını dəstəkləmək məqsədilə "VTB Bank Azərbaycan" ASC illik faiz dərəcələrini 16-dan 12 faizədək azaldıb və kreditləşmənin müddətini beş ilədək uzadıb.

Bankdan Trend-ə verilən məlumata görə, biznesdən asılı olaraq, bank 20 001 manatdan 100 000 manatadək kredit xətti, eləcə də ilkin məbləği 100 001 manatdan 2 000 000 manatadək olmaqla kreditlər təklif edir. Bununla eyni vaxtda əsas kredit borcundan altı aydan 12 ayadək ödəniş möhləti təyin olunub.

"VTB (Azərbaycan)" ASC-yə bank lisenziyası Azərbaycan Mərkəzi Bankı tərəfindən 11 mart 2009-cu ildə verilib, noyabrdan isə bank rəsmi olaraq fəaliyyətə başlayıb. ASC-nin səhmdar kapitalı "VTB Bank" ASC (səhmlərin 51 faizi), "AtaHolding" ASC (səhmlərin 48,99 faizi) və fiziki şəxs (səhmlərin 0,01 faizi) arasında bölüşdürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti