Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) 2004-cü ildən bəri 10 ədəd iritonnajlı tanker alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü DXDG-nin rəisi Aydın Bəşirov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Bəşirovun sözlərinə görə, DXDG, həmçinin, bu dövrdə bir quru yük gəmisi alıb və 4 gəmi-bərəni istismara verib.
"Xorvatiyanın "Ulyanik" tərsanəsində son 10 ayda tikilmiş daha 2 bərənin Bakıya gətirilməsi isə 2012-ci ilin nailiyyətlərindəndir", - o qeyd edib.