...

"Rabitəbank"ın səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 18:49 (UTC +04:00)
Oktyabrın 29-dan "Rabitəbank"ın 8,394 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır.
"Rabitəbank"ın səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir C. Nəsibova/

Oktyabrın 29-dan "Rabitəbank"ın 8,394 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Bu barədə Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilir.

"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi ilə bağlı birjaya müraciət edib", - birjanın məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20,29 manat olan 413 705 ədəd səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 21,605 milyon manatdan 29,999 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti