...

Azərbaycan bankları kreditlərin ucuzlaşdırılması üçün daha qətiyyətli addımlar atmalıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 13:56 (UTC +04:00)
Azərbaycan bankları kreditlərin faiz dərəcələrinin azaldılması üçün daha qətiyyətli addımlar atmalıdırlar. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə belə hesab edir.
Azərbaycan bankları kreditlərin ucuzlaşdırılması üçün daha qətiyyətli addımlar atmalıdırlar

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan bankları kreditlərin faiz dərəcələrinin azaldılması üçün daha qətiyyətli addımlar atmalıdırlar. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə belə hesab edir.

"Azərbaycanda güclü bank sistemi yaradılıb, bu sahənin güclü idarəetmə mədəniyyəti formalaşıb, eləcə də daxili investisiyaların həcmi artır. Dünya təcrübəsinə əsasən, banklar gələcəkdə kreditlərin faiz dərəcələrinin azaldılması üçün daha qətiyyətli addımlar atmalıdırlar", - Trend-in məlumatına görə, çərşənbə günü Səmədzadə jurnalistlərə deyib.

Onun sözlərinə görə, bankların faiz dərəcələrini azaltmaları ölkədə sahibkarlığın inkişafına yardım edir.

"Kredit resurslarına çıxış genişlənsə, sahibkarlıq inkişaf edəcək. Bu sahədə bir çox imkanlar var və buna tələbat var", - Səmədzadə bildirib.

Qeyd edək ki, oktyabrın 1-nə milli valyutada Azərbaycanda bank kreditləşməsi üzrə orta dərəcə 15,39 faiz təşkil edib. Bu göstərici 2012-ci il yanvarın 1-də 16,27 faiz, 2011-ci il sentyabrın 1-də isə 16,19 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti