...

Şimali Kipr Azərbaycanla birbaşa aviaəlaqə yaratmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 15:26 (UTC +04:00)
Şimali Kipr Türk Cümhuriyyəti Bakıya birbaşa aviareyslər həyata keçirmək niyyətindədir.
Şimali Kipr Azərbaycanla birbaşa aviaəlaqə yaratmaq niyyətindədir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Şimali Kipr Türk Cümhuriyyəti Bakıya birbaşa aviareyslər həyata keçirmək niyyətindədir. Bu barədə Trend çərşənbə günü "Kıbrıs Postası" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan və Şimali Kipr hökumətləri bu məsələ ilə bağlı danışıqlar aparıblar və aviareysin açılması üçün yaxın vaxtlarda saziş imzalayacaqlar.

Aviareysləri Türkiyənin özəl aviaşirkəti həyata keçirəcək.

Qəzetin məlumatına görə, Şimali Kipr artıq Tehranla birbaşa aviaəlaqə qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti