...

Samir Şərifov: Azərbaycanda icbari tibbi sığorta sahəsində qətiyyətli addımların vaxtı çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 13:25 (UTC +04:00)
Azərbaycanda icbari tibbi sığorta sahəsində qətiyyətli addımlar atmağın vaxtı çatıb.
Samir Şərifov: Azərbaycanda icbari tibbi sığorta sahəsində qətiyyətli addımların vaxtı çatıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda icbari tibbi sığorta sahəsində qətiyyətli addımlar atmağın vaxtı çatıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

"Bu, təkcə Maliyyə Nazirliyindən asılı deyil, lakin hesab edirəm ki, icbari tibbi sığorta sahəsində daha kəsərli addımlar atmağın vaxtı çatıb", - Şərifov qeyd edib.

Qeyd edək ki, Azərbaycanda "İcbarı tibbi sığorta haqqında" qanun 1999-cu ildə qəbul edilib, lakin bu sığorta növü geniş inkişaf etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti