...

Mahmud Məmmədquliyev: Azərbaycanın Aİ ilə viza məsələləri üzrə danışıqlarının III mərhələsi Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2012 11:16 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza sazişi üzrə növbəti görüş noyabrın 6-7-də Bakıda keçiriləcək.
Mahmud Məmmədquliyev: Azərbaycanın Aİ ilə viza məsələləri üzrə danışıqlarının III mərhələsi Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza sazişi üzrə növbəti görüş noyabrın 6-7-də Bakıda keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

"Bu, danışıqların üçüncü mərhələsi olacaq. Danışıqlar prosesi 2013-cü ildə nəticə əldə olunacağını düşünməyə əsas verir", - Məmmədquliyev deyib.

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında rəsmi danışıqlara mart ayında Bakıda start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti