...

AZAL Bakı-London-Bakı istiqamətində uçuşlara yeni tarif tətbiq edib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 10:55 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-London-Bakı istiqamətindəki aviabiletlərə yeni tarif tətbiq edib.
AZAL Bakı-London-Bakı istiqamətində uçuşlara yeni tarif tətbiq edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 noyabr / Trend, müxbir E.İsmayılov /

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-London-Bakı istiqamətindəki aviabiletlərə yeni tarif tətbiq edib. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Artıq yeni ekonom sinif sərnişinləri London istiqamətindəki birtərəfli aviabileti 155 Avrodan başlayan tariflə əldə edə bilərlər (15.12.2012- 15.01.2013 tarixləri istisna olmaqla).

Tariflə vergi və rüsumlar daxil deyil.

Cümə axşamı QSC-dən Trend-ə verilən məlumata görə, yeni tariflər çərçivəsində aeroportun yığımları ilə birlikdə hər iki istiqamətdə aviabiletin qiymətləri indiki 563 manata qarşı 451 manat təşkil edir.

Şirkətdən onu da bildiriblər ki, bu tarif bayram günlərinə (Yeni il) şamil edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti