...

Azərbaycanda malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydaları təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 17:10 (UTC +04:00)
Nazirlər Kabineti "Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Azərbaycanda malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Axundov/

Nazirlər Kabineti "Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Kabinetdən Trend-ə verilən məlumata görə, bu qaydalar gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara, sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara, müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti