Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir A.Axundov/
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin xarici valyutada uzunmüddətli defolt emitenti reytinqini ("DER") "BBB-", xarici valyutada qısamüddətli "DER"-i isə "F3" səviyyəsində təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Fitch"in yaydığı məlumatda deyilir.
Uzunmüddətli defolt emitenti reytinqi üzrə proqnoz "Stabil"dir.
Agentlik, həmçinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin uzunmüddətli defolt emitenti reytinqini "BBB-" səviyyəsində təsdiq edib.
Reytinq üzrtə proqnoz "Stabil"dir.