...

2013-ci il dövlət büdcəsi layihəsi Milli Məclisdə baxılması üçün tövsiyə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 17:24 (UTC +04:00)
Azərbaycanın 2013-cü il dövlət büdcəsinin layihəsi Milli Məclisdə baxılması üçün tövsiyə edilib. Trend-in məlumatına görə, bu qərar çərşənbə axşamı Milli Məclisin beş komitəsinin birgə iclasında 2013-cü il və növbəti üç il üçün dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrin yekununda qəbul edilib.
2013-ci il dövlət büdcəsi layihəsi Milli Məclisdə baxılması üçün tövsiyə edilib

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın 2013-cü il dövlət büdcəsinin layihəsi Milli Məclisdə baxılması üçün tövsiyə edilib. Trend-in məlumatına görə, bu qərar çərşənbə axşamı Milli Məclisin beş komitəsinin birgə iclasında 2013-cü il və növbəti üç il üçün dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələrin yekununda qəbul edilib.

Layihəyə əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 19,154 milyard manat (2013-cü il üçün proqnozlaşdırılan ÜDM-in 34,2 faizi), xərcləri isə 19,81 milyard manat (ÜDM-in 35,2 faizi) həcmində proqnozlaşdırılır.

Maliyyə naziri Samir Şərifov deyib ki, gözləntilərə əsasən, 2013-cü ildə gəlirlər bu ilin proqnoz göstəricilərini 2,116 milyard manat və ya 12,4 faiz, 2011-ci ilin faktiki göstəricilərini isə 3,453 milyard manat və ya 22 faiz üstələyir.

2013-cü ildə xərclər 2012-ci illə müqayisədə 12,1 faiz, ötən ilə nisbətən isə 28,7 faiz artacaq.

Ölkə ÜDM-də gəlirlərin payı 2012-ci ilin sonuna proqnozlaşdırılan məlumatlara nisbətən 1 faiz, xərclərin payı isə 0,9 faiz artacaq.

"2013-cü ilin büdcə kəsiri 656 milyon manat (ÜDM-in 1,17 faizi) səviyyəsində proqnozlaşdırılıb. Bu rəqəm 2012-cü ilin büdcəsində 634 milyon manatdır (ÜDM-in 1,2 faizi)", - nazir qeyd edib.

Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədovun sözlərinə görə, 2013-cü il dövlət büdcəsi layihəsi müasir çağırışlara cavab verir və əhalinin rifahı üçün maliyyə təminatı yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti