...

Azərbaycanda qiymətli kağızların idarə olunmasında iki lisenziyanın fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 16:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2012-ci il tarixində “Unicapital” ASC-nin və “Standart Kapital” MMC-nin qiymətli kağızların idarə olunması üzrə lisenziyaların fəaliyyəti dayandırılıb.
Azərbaycanda qiymətli kağızların idarə olunmasında iki lisenziyanın fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2012-ci il tarixində "Unicapital" ASC-nin və "Standart Kapital" MMC-nin qiymətli kağızların idarə olunması üzrə lisenziyaların fəaliyyəti dayandırılıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beləliklə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti