...

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalar 14,7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2012 09:47 (UTC +04:00)
2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 2 351,8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalar 14,7 faiz artıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir C.Nəsibova/

2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 2 351,8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların 90,6 faizi (2 129,7 milyon manat) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarının payına düşür.

Əvvəlki kimi Böyük Briyaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 47,5 faiz, investisiyaların özü isə 1,117 milyard manat təşkil edib.

ABŞ investisiyaları 370,368 milyon manat (15,8 faiz xüsusi çəki), Yaponiya - 249,499 milyon manat (10,6 faiz), Norveç - 136,3 milyon manat (5,8 faiz), Türkiyə - 107,5 milyon manat (4,6 faiz), Çexiya - 108,5 milyon manat (4,6 faiz), Fransa - 40,2 milyon manat (1,7 faiz), Koreya - 10,7 milyon manat (0,5 faiz), Almaniya - 6,992 milyon manat (0,3 faiz), Səudiyyə Ərəbistanı - 3,03 milyon manat (0,1 faiz), Qambiya - 846 min manat, İtaliya - 298 min manat təşkil edib.

Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya həcmi Dünya Bankı tərəfindən qoyulub (4,6 faiz xüsusi çəkidə 108 milyon manat). Asiya İnkişaf Bankı yanvar-oktyabr aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 88,929 milyon manat (3,8 faiz), İslam İnkişaf Bankı 2,3 milyon manat (0,1 faiz), Avropa Yenidənqurma və İnkişaf Bankı isə 71,9 min manat ayırıb.

10 ay ərzində ölkə iqtisadiyyatına xarici investisiyaların ən böyük həcmi apreldə (258,9 milyon manat) və avqustda (257,9 milyon manat) qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti