...

"AccessBank" "Yeni jurnalistlər nəsli" layihəsi çərçivəsində birinci treninqi başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 17:03 (UTC +04:00)
"AccessBank" Bakı Dövlət Universiteti və "Thomson Foundation" təşkilatının dəstəyi altında "British Council" ilə əməkdaşlıq nəticəsində həyata keçirilən "Yeni jurnalistlər nəsli" layihəsi çərçivəsində birinci treninqi keçirib.
"AccessBank" "Yeni jurnalistlər nəsli" layihəsi çərçivəsində birinci treninqi başa çatdırıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

"AccessBank" Bakı Dövlət Universiteti və "Thomson Foundation" təşkilatının dəstəyi altında "British Council" ilə əməkdaşlıq nəticəsində həyata keçirilən "Yeni jurnalistlər nəsli" layihəsi çərçivəsində birinci treninqi keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, praktiki kurs onlayn jurnalistikaya həsr olunub və "Thomson Foundation" təşkilatının məsləhətçisi, təlimatçısı və onlayn-redaktoru Den Meyson (www.danmason.co.uk) tərəfindən tədris edilib. Beş gün ərzində iştirakçılar saytların işlənib hazırlanması, veb-sayt və bloqa nəzarət, fotoşəkillərin çəkilməsi və redaktə edilməsi, həmçinin audio və videoyazılar daxil olmaqla onlayn kontentin aşkar edilməsi və yaradılması üçün onlayn-alətləri və texnikadan istifadə etmə qaydasını öyrənmək imkanına malik olublar.

Həmçinin, kurs çərçivəsində qaynar xəbərlərin işıqlandırılması üçün jurnalistikada sosial mətbuatdan məsul istifadə təhlil edilib. Bütün tələbələr Bakı Dövlət Universitetində "British Council" tərəfindən təşkil olunan ingilis dili dərsində iştirak etmək imkanına malik olublar.

Noyabrın 26-da layihənin 2-ci kursu başlayacaq. Bu kurs "Thompson Foundation" agentliyinin təcrübəli mütəxəssisi Oliver Ueyts tərəfindən keçiriləcək.

Xatırladaq ki, proqramın ən fəal iştirakçıları 2013-cü ildə London şəhərinə səfər etmək üçün seçiləcəklər. Səfər zamanı tələbələr BBC, CNN, Reuters və digər məşhur nəşriyyat evlərinə ziyarət edəcək, həmçinin Böyük Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər keçirəcəklər.

"British Council" mədəni əlaqələrə və təhsil imkanlarına görə Britaniyanın aparıcı beynəlxalq təşkilatıdır. Təşkilat dünyanın 109 ölkəsində fəaliyyət göstərir. "British Council" xalqlar arasında etibarı artırmaq, xarici ölkələrdə Böyük Britaniyanın ideya və nailiyyətlərini qiymətləndirmək məqsədilə Britaniya və digər ölkələrin vətəndaşları arasında sıx əlaqələri təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti