...

Azərbaycanlı sahibkarlar Lüksemburqda keçiriləcək beynəlxalq yarmarkaya dəvət olunublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2012 12:32 (UTC +04:00)
Azərbaycanlı sahibkarlar bu il dekabrın 1-2-də keçiriləcək "Beynəlxalq Lüksemburq Bazarı"na dəvət olunublar.
Azərbaycanlı sahibkarlar Lüksemburqda keçiriləcək beynəlxalq yarmarkaya dəvət olunublar

Azərbaycan, Bakı, 23 noyabr / Trend, müxbir C.Nəsibova/

Azərbaycanlı sahibkarlar bu il dekabrın 1-2-də keçiriləcək "Beynəlxalq Lüksemburq Bazarı"na dəvət olunublar. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında dərc edilmiş məlumatda deyilir.

Tədbirdə iştiraka qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlar dəvət olunurlar.

Hər il keçirilən bu tədbiri 25 mindən çox adam ziyarət edir. Buradakı satışdan əldə olunan vəsait dünyadakı müxtəlif humanitar layihələrin maliyyələşdirilməsinə sərf edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti