...

ASB Bank-dan qadın sahibkarlara növbəti dəstək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2012 13:49 (UTC +04:00)
22 noyabr 2012-ci il tarixində Park Bulvar AVM-də Azərbaycan Sənaye Bankının (ASB Bank) dəstəyi ilə “Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsi çərçivəsində qadın sahibkarların əl işlərindən ibarət satış sərgisinin açılışı olmuşdur.
ASB Bank-dan qadın sahibkarlara növbəti dəstək

22 noyabr 2012-ci il tarixində Park Bulvar AVM-də Azərbaycan Sənaye Bankının (ASB Bank) dəstəyi ilə "Regionlarda qadın sahibkarlığının inkişafı" layihəsi çərçivəsində qadın sahibkarların əl işlərindən ibarət satış sərgisinin açılışı olmuşdur. Satış sərgisində 35 rəsm və əl işi nümayiş olunacaqdır.

Tədbirdə ASB Bankın İdarə Heyətinin Sədri Hüseyin Özmen, millət vəkili Sevinc Fətəliyeva, Suraxanı rayonu İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov çıxış edərək, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışlar.

Qeyd edək ki, 2011-ci ildən etibarən ASB Bankın dəstəyi ilə reallaşan "Regionlarda qadın sahibkarlığının inkişafı" layihəsi "Sidus Qrup" şirkəti ilə birlikdə bir neçə rayonda həyata keçirilmişdir. Layihənin əsas məqsədi qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsindən ibarətdir.

ASB Bankın qarşıya qoyduğu məqsədlərdən biri də "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" və bu sahədə həyata keçirilən digər dövlət proqramlarının icrasına dəstək olmaqdır. Qadın sahibkarlığının inkişafı, gənclərin və ümumilikdə əhalinin məşğulluğunun yerli səviyyədə təmin edilməsi də bu proqramın tərkib hissəsidir.

ASB Bank müştəri məmnuniyyətini nəzərə alaraq bundan sonrakı dövrdə kredit xidmətlərini bazara uyğun rəqabətcil şərtlərlə, minimum xərc və az vaxt sərf etməklə müştərilərinə təqdim edəcəkdir.

Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" 1996-cı ildən fəaliyyətə başlayıb. 2012-ci ilin Oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 159.854 mln. manat, depozit portfeli 86.262 mln. manat, kredit portfeli 121.001 mln. manat, nizamnamə kapitalı 28.000 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 36 bankomatı və 613 POS-terminalı mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti