...

Polşa avtoistehsalçısı Azərbaycanda avtomobilyığılma sexi yaratmaq niyyətindədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2012 23:51 (UTC +04:00)
Polşanın Honker avtoistehsalçısı, hansı ki, DZT qrupuna daxildir, Azərbaycanda avtomobilyığılma sexi yaratmağı planlaşdırır.
Polşa avtoistehsalçısı Azərbaycanda avtomobilyığılma sexi yaratmaq niyyətindədi

Polşa, Lyublin, 28 noyabr / müxbir Trend S.Ağayeva /

Polşanın Honker avtoistehsalçısı, hansı ki, DZT qrupuna daxildir, Azərbaycanda avtomobilyığılma sexi yaratmağı planlaşdırır.

Şirkət artıq Azərbaycanın hökumət nümayəndələriylə ilkin danışıqları Varşavada bazar ertəsi keçən biznes-forumu zamanı keçirib, şirkətin vitse-prezidenti Zdislav Kinsner (Zdzislaw Kinsner) Azərbaycan jurnalistləri ilə görüşündə deyib.

Şirkət sexi Azərbaycan hökumətinin Sumqayıtda Sənaye texnologiya parkının yaradılması üzrə layihəsi çərçivəsində yaratmağı planlaşdırır. Honker nümayəndələri yaxın vaxtlarda öz təkliflərini Azərbaycan tərəfinə təqdim etməyə hazırlaşır, vitse-prezident qeyd edib.

Honker zavodunun istehsalat gücü ildə 40 mindən çox avtomobil bərabərdir. Şirkət offroad maşınları (mülki və hərbi), yük maşınları, təcili yardım maşınları istehsal edir. Təcili yardım maşınlarından biri Bakıda Polşanın səfirliyi vasitəsi ilə tezliklə şirkət tərəfindən Azərbaycanın hökumətinə hədiyyə olaraq çatdırılıcaq.

Hər il şirkət onlarla hərbi və mülki istiqamətli avtomobillərinin modifikasiyasını edir, həmçinin müxtəlif dünya avtomobil istehsalçılarının sifarişləri üzrə ayrı-ayrı ehtiyat hissələri buraxır.

DZT şirkətinin tarixi iyirminci əsrin 90-cı illərdə başlanıb. Şirkətin əsasını idarə heyətinin sədri Sbiqnev Tıminski qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti