...

Azərbaycan, Türkiyə və Gürcüstan Asiya-Avropa dəhlizinin ən etibarlı və sabit ölkələrinə çevriləcəklər - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2012 09:54 (UTC +04:00)
"Mərmərə" dəmiryol tunelinin tikintisi layihəsinin Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə birləşdirilməsi onun əhəmiyyətini daha da artıracaq.
Azərbaycan, Türkiyə və Gürcüstan Asiya-Avropa dəhlizinin ən etibarlı və sabit ölkələrinə çevriləcəklər - nazir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Tağıyeva/

"Mərmərə" dəmiryol tunelinin tikintisi layihəsinin Bakı-Tbilisi-Qars dəmiryol layihəsinə birləşdirilməsi onun əhəmiyyətini daha da artıracaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilk və kommunikasiyalar naziri Binali Yıldırım Azərbaycan və Türkiyə İş Adamları Birliyinin (ATİB) nəşri olan "Ecovision" jurnalına müsahibəsində deyib.

"Bakı-Tbilisi-Qars dəmiryolu və "Mərmərə" tunelinin tikintisi başa çatdıqdan sonra Azərbaycan, Türkiyə və Gürcüstan Asiya-Avropa dəhlizinin ən etibarlı və sabit ölkələrinə çevriləcəklər", - o bildirib.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi regionun nəqliyyat potensialından tam istifadə etməyə imkan verəcək.

Yıldırım qeyd edib ki, Türkiyə və Azərbaycan Naxçıvanı Türkiyənin Qars əyaləti ilə birləşdirəcək dəmiryol marşrutunu da müəyyənləşdiriblər. Bu layihə sayəsində Türkiyə ərazisindən keçməklə Azərbaycandan Avropaya birbaşa dəmiryol əlaqəsi qurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti