...

Xalq Bank "Daha çox köçür, daha çox qazan!" aksiyasını davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2012 17:51 (UTC +04:00)
Xalq Bankın filiallarında təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə "Daha çox köçür, daha çox qazan!" aksiyası çərçivəsində mobil operatorların danışıq dəqiqələri hədiyyə edilir.
Xalq Bank "Daha çox köçür, daha çox qazan!" aksiyasını davam etdirir

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Xalq Bankın filiallarında təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə "Daha çox köçür, daha çox qazan!" aksiyası çərçivəsində mobil operatorların danışıq dəqiqələri hədiyyə edilir.

Bankdan Trend-ə verilən məlumata görə, bu aksiyanın şərtlərinə əsasən, təcili pul köçürmələri sistemləri vasitəsilə 500 EUR/ 500 USD/ 15000 RUR-dan - 1999 EUR/ 1999 USD/ 59999 RUR-dək vəsait köçürən və yaxud qəbul edən müştərilərin mobil telefon balansına operatordan asılı olmayaraq 1 manat; 2000 EUR/ 2000 USD/ 60000 RUR məbləğindən yuxarı vəsait köçürən və yaxud qəbul edən müştərilərin mobil telefon balansına 2 manat yüklənəcək.

Aksiya 2013-cü il yanvar ayının 26-dək davam edəcək.

Xatırladaq ki, hazırda Xalq Bank Western Union, Contact, Migom, PrivatMoney, Xpress Money, Bıstraya Poçta, Zolotaya Korona sistemləri vasitəsilə 200-dən artıq ölkəyə təcili pul köçürmələrini həyata keçirir.

Xalq Bankın filial şəbəkəsi 19 filialdan ibarətdir ki, onlardan dördü paytaxtda, digərləri isə Sumqayıt, Zaqatala, Neftçala, Cəlilabad, Yevlax, Mingəçevir, Gəncə, Xaçmaz, Şabran, Qazax, İsmayıllı, Quba, Qusar, Şamaxı və Şəki şəhərlərində fəaliyyət göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti